25 Mart 2017 09:15
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 16 apreldə baş tutacaq referendumla bağlı partiyaların təbliğatı davam edir.

Referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.

Teleqraf.com əməkdaşı Türkiyənin ən böyük şəhəri olan İstanbulun Kadıköy ilçəsində AKP, CHP və HDP-nin kampaniya apardıqları çadırlardan videoreportaj hazırlayıb.

AKP təmsilçisi Mustafa Yüce, Türkiyə Hüquq Platformasının təmsilçisi, həmyerlimiz Əli Mirzəyev Türk xalqının niyə "Evet", CHP və HDP təmsilçiləri isə "Hayır" demələrinin səbəblərini açıqlayıblar.

Dilqəm ƏHMƏD

Video: Günel İsgəndərli


Müəllif:

Oxşar xəbərlər