Türkiyə baş naziri Binəli Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında telefon danışığı baş tutub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Məlumatlara görə, danışıq zamanı diplomatlar Əsəd rejiminin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməsi və ABŞ-ıın Suriyada Şayrat aviabazasını bombalaması əsas müzakirə məsələləri olub.
Yıldırım ABŞ-ın Suriya məsələsində səylərini artırmasını yüksək qiymətləndirib və deyib ki, Türkiyə bu əməliyyatlarda Vaşinqtona hər cür dəstək verməyə hazırdır. Pens isə öz nəvbəsində, Türkiyəyə təşəkkürünü bildirib.
Samir