Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, QХA-nın rəhbəri Əbülfəz Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan prezidenti deyib:
“Onları bütün qazaxlar və assambleya üzvləri tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqları Assambleyası sədrinin müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.
Qeyd edək ki, Qazaxıstan prezidenti yanında məsləhətçi qurum olan QXA-nın vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assambleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.
Xatırladaq ki, QXA-nın yeni sədr müavini, soydaşımız Əbülfəz Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Səxavət