10 May 2017 18:19
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üçün kürd silahlılarına “məhdud sayda” silah-sursat tədarük edəcək.

Bu barədə Pentaqondan açıqlama verilib. Açıqlamada deyilir ki, Amerika bununla əlaqədar Türkiyənin narahatlığını yaxşı anlayır. Bu silah-sursat konkret hərbi məqsəd - Rakkanın azad edilməsi üçün tədarük edilir.

Məsələ ilə bağlı Amerikanın və Türkiyənin müdafiə nazirləri Ceyms Mettis və Fikri İşık arasında telefon danışığı da olub. Telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub. Məlumata görə, Pentaqon rəhbəri Amerikanın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Həmçinin hər iki nazir İraq və Suriyada sülh və sabitliyi dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, kürd silahlı qruplaşmaları PYD və YPG İŞİD-in Suriyadakı paytaxtı Rakkanı mühasirəyə almağa çalışır. Amerika və müttəfiqləri kürd silahlı qruplaşmalarına havadan dəstək, habelə kəşfiyyat və hərbi təlim məsələlərində kömək edir. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər