18 May 2017 15:06
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Kömək Fondu (UNICEF) döyüş və yoxsulluq səbəbindən qaçqın və köçkün olan uşaqlarıın insan alverçilərinə "ov olduğunu" açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, UNICEF-in yeni hesabatında, 2015-2016-ci illərdə təkbaşına köç etmək məcburiyyətində qalan qaçqın və köçkün uşaqların sayının 5 qat artaraq, 300 minə çatdığı bildirilib.

Təhlükəli dəniz səfərini gözə alaraq Livandan İtaliyaya keçməyə çalışan bir çox uşaqların müdafiəsiz qaldığının, istismar edildiyinin vurğulandığı hesabatda sayı hər gün artan bu uşaqların insan qaçaqçıları tərəfindən satıldığı və ya təcavüzə uğradığı bildirilir.

Həmçinin hesabatda təxminən 170 min qaçqın və köçkün uşağın Avropaya sığınacaq üçün müraciət etdiyi, 100 min uşağın da Meksika-ABŞ sərhədində saxlanıldığı bildirilib.

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər