Teleqraf.com xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb:
“Biz əvvəl də siyasətdən kənar olmuşuq, indi də kənarıq, bundan sonra da siyasətdən kənar servis olaraq qalacağıq.
İlk növbədə biz kommunikasiya, texnologiya, istifadəçilərin rahatlığını və operativ ünsiyyətini təmin edən kanalıq. Rambler.ua-ya xoş gəlmisiniz”.
Server istifadəçiləri sanksiya nəticəsində bloklanan elektron poçtlarını itirmədən onları Ukrayna versiyasına dəyişə bilərlər.
Qeyd edək ki, mayın 16-da Ukrayna Prezidentinin sərəncamı ilə Rusiyaya məxsus bir sıra saytlar, o cümlədən Rambler.ru bloklanıb.