İsrailin Qəzzanı bombalamasına etiraz edən aksiyaya Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qızı Əsra Albayrak da qoşulub.
Qadın və Demokratiya Dərnəyinin üzvləri İsrail Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyaya baş nazirin qızı Əsra Albayrak dəstək verib.
Boyunlarına fələstinlilərə xas şal bağlayan aksiyaçılar əllərində "Güllələr fələstinlilərə deyil insanlığa", "Fələstinli analar dünyaya qaçqın gətirirlər" şüarları tutublar.
İsraili sərt dillə tənqid edən Albayrak "Söyləyəcək bir şey yoxdur. Hər şey gözümüzün qarşısında baş verir. Ümid edirəm ki İsrail tez bir zamanda bunu dayandırar. Mən ana olaraq hadisələri izləyəndə görürəm ki bu dözüləcək kimi deyil"- deyib.
/axar.az/