25 May 2017 20:25
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Mançester şəhərində baş verən terror hadisəsi yerindən çəkilən fotoların ABŞ mətbuatında yayımlanması rəsmi Londonu ciddi narahat edib.

İngiltərə rəsmiləri narahatlığını dilə gətirib və baş verənlərə görə Ağ Evi günahlandırıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Londondakı səfiri Levis Lukens yaranməş anlaşılmazlıqla bağlı açıqlama verib. Səfir bildirib ki, bu olay Böyük Britaniya ilə Amerika arasında olan münasibətlərə zərər verməməlidir: “Bu qəbahətli bir vəziyyətdir”.

Röyter agentliyi xəbər verir ki, İngiltərə hökuməti Mançesterdə baş verən intihar hücumu ilə bağlı Amerika tərəfi ilə məlumat mübadiləsini dayandırıb.
Ancaq Mançesterdə baş verən terror hücumu və 22 nəfərin ölümü ilə bağlı hadisə yerindən çəkilən fotolar ABŞ mediasında tirajlanıb.

İngiltərə baş naziri Tereza Mey hökumətin bu mövzuda narahatlıq duyduğunu və bu narahatlığı Amerika prezidenti Donald Trampa fərdi olaraq çardırmaq niyyətində olduğunu qeyd etmişdi.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər