30 May 2017 16:39
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Müdafiə naziri Stefan Poltorak ehtiyatda olan zabitlərin 2017-ci ildə yenidən hərbi xidmətə çağırılması ilə bağlı sərəncam imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Artur Artemenko məlumat verib:

"Sərəncam Ədliyyə Nazirliyinə göndərilib və təsdiqləndikdən sonra qüvvəyə minəcək. Hərbi hazırlıq keçmiş 43 yaşa qədər şəxslər orduya çağırıla bilər".

Onun sözlərinə görə, çağırışçılar ali təhsilə və hərbi rütbəyə malik olmalıdır.


Müəllif: Samir