5 İyul 2017 16:47
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti İstanbulun hava limanından bu ölkəyə uçan təyyarələrin salonunda noutbukların aparılmasına qoyulan qadağanı ləğv edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qadağanın ləğvindən sonra ilk reys Nyu-Yorka həyata keçirləcək.

Qeyd edək ki, martın 21-də 10 iri beynəlxalq hava limanından ABŞ-a uçan təyyarələrin salonunda həcm baxımından mobil telefondan böyük olan elektron qurğuların daşınmasına qadağa qoymuşdu. Bu qərar Misir, İordaniya, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə aid idi.


Müəllif: Samir