AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, iyulun 24-ü, saat 11:00-da Akademiyanın Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitablar təqdim ediləcək.
Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edəcək.