21 İyul 2017 23:41
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada hökumət əleyhinə aksiyalar davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aprel ayından hökumət əleyhinə davam edən etiraz aksiyalarında ölənlərin sayı 100-ə çatıb.

Qarşıdurmaların son qurbanı 15 yaşlı yeniyetmə olub. Onun ölüm səbəbləri açıqlanmır.

Qeyd edək ki, aprel ayında ölkə məhkəməsinin müxalifətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı çıxardığı qərar ciddi etirazlara səbəb olub. Qərar sonradan ləğv edilsə də, etirazçılar məhkəmə üzvlərinin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər