Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, öncə bütün çat botlar bir-biri ilə ingilis dilində ünsiyyət qurublar. Amma tezliklə çat botlar öz aralarında daha sürətli ünsiyyət üçün yeni dil yaradıblar. Bu, çat botların deaktiv edilməsinə səbəb olub. Proqramçılar bu addımı layihənin məqsədinə zidd olması ilə izah ediblər. Onlar süni intellektin digər agentlərini yalnız ingilis dilində ünsiyyət üçün yenidən proqramlaşdırıblar.
Sözügedən sosial şəbəkənin yaradıcısı Mark Zukerberq əmindir ki, süni intellekt bəşəriyyətin gələcəyini yaxşılaşdırmağa kömək edəcək, hərçənd bir çoxu bu fikirdədir ki, süni intellekt böyük təhlükədir.