Suriyanın Əl Badiyə rayonunda Hərbi-Hava Qüvvələrinə məxsus “MiQ-21” tipli qırıcı təyyarə vurulub.
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, təyyarənin pilotu silahlılar tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Bəzi məlumatlara görə, təyyarə “Azad Suriya Ordusu”nun silahlıları tərəfindən vurulub.