24 Avqust 2017 13:17
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Rusiya arasında diplomatik gərginlik getdikcə böyüyür.

Teleqraf.com-un məlumatına görə, Rusiya dövlət başçısı Vladmir Putinin ABŞ diplomatlarının Rusiyada sayının azaldılması haqda qərarına Ağ ev özünəməxsus formada cavab verib.

Vaşinqton Rusiyada diplomatlarının sayının azaldılmasına qarşılıq olaraq bu ölkədən ABŞ-a gəlmək istəyənlərin viza almaq imkanlarını sıfıra endirib.

ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiyadan ABŞ-a gələn qaçqınlar xaricində viza verilməsi prosesini dondurub. Əlavə edilib ki, bu addım Rusiyaya qarşılıq vermək məqsədi daşımır, sadəcə, ABŞ-ın Rusiyadakı diplomat personalının həddən artıq az olması ilə bağlıdır.

Dövlət Departamentinin sözçüsü Neather Nauert bildirib ki, Rusiyadan Amerikaya gəlmək çətinmləşəcək: “Qaçqınlar xaricində digər kateqoriyalı şəxslərə viza verilməsi avqustun 23-dən etibarən dondurulub. Bu, Amerikanın Rusiyaya qarşılıq verməsi anlamına gəlmir. Təəssüf ki, Rusiyada fəaliyyət göstərən səlahiyyətli diplomatlarınızın sayını azaltmaq məcburiyyətin buraxıldıq.

Vizaların verilməsi sahəsində də əməkdaşlarımızın sayını azaltmalı olduq. Beləcə, Rusiyada viza verilməsi mexanizmini dondurmalı olduq”.


Müəllif: Cavad

Oxşar xəbərlər