2 Sentyabr 2017 08:35
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər Nazirliyi Türkiyədə almanların həbsilə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, Almaniya XİN almanların siyasi sifarişlə həbs edildiyini bəyan edib. XİN vətəndaşlarının dərhal azad edilməsini Türkiyədən tələb edib.

Qeyd edək ki, iki gün öncə Türkiyədə daha iki alman həbs olunub.

Xatırladaq ki, bu ilin iyulunda alman vətəndaşı olan insan haqları müdafiəçisi Peter Ştidetner də İstanbulda həbs edilmişdi. Rəsmi Ankara alman aktivisti, hökuməti çevriliş yolu ilə dəyişməyə çalışan ekstremistlərə dəstək verməkdə təqsirləndirir.

Türkiyə hökuməti Almaniya XİN-in bəyanatını şərh etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər