17 Sentyabr 2017 08:05
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulun İŞİD-dən azad olunması üçün keçirilən əmliyyatlar zamanı 1200 dinc sakin həlak olub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-Abadi "Assoşieyted Press"ə müsahibəsində deyib.

Baş nazir bəyan edib ki, 9 ay davam edən əməliyyatlar zamanı 970-1260 arası dinc sakin həlak olub: "Biz dinc əhalini müdafiə etmək üçün əlimizdən gələni etdik. Ona görə də bizim silahlı qüvvələrimiz böyük itki verdi. Ölən hərbçilərin sayı həlak olan dinc əhalinin sayından 2 dəfə çox oldu", - İbadi deyib.


Müəllif: Zahid

Oxşar xəbərlər