İraqın baş naziri Heydər Əl İbadi Türkiyə ilə İraq arasında böhrana səbəb olan Başikadakı türk əsgərləri haqqında danışıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, İraq baş naziri Başikada yerləşən türk əsgərlərinin ölkəsindən çıxarılmasını tələb edib.
Baş nazir qeyd edib ki, Başikadakı 500 türk əsgəri peşmərgə və sünni silahlı dəstələrə hərbi təlim keçib.
Bildirib ki, artıq Mosul şəhəri İŞİD-dən geri alınıb: “Türkiyə rəsmiləri bizə bu məsələnin qısa müddətə həll ediləcəyini deyiblər. Biz Türkiyə ilə əsgərlərini geri çəkməsi mövzusunda anlaşmışdıq. Amma bunun hansı zamanda baş verəcəyi mövzusunda razılığa gələ bilməmişdik. Biz türk əsgərlərinin dərhal Beşikadan çıxmasını təklif etdik, onlar bir müddətdən sonra çəkiləcəklərini dedi. İndi İraqda İŞİD məğlub edilib, Mosul işğaldan azad olunub. Yəni biz şərtimizi yerinə yetirdik, Türkiyə də şərtini yerinə yetirməlidir. Bizə bu mövzuda yaxın gələcəkdə addım atacaqlarını deyiblər”.
İraqın baş naziri Mosul yaxınlığında yerləşən və İŞİD-lə əlaqəsi olan qadın və uşaqların saxlanıldığı kampla bağlı da danışıb: “Bu kampda 1300 nəfər qalır. Onlardan 500 nəfəri Türkiyə vətəndaşıdır. Biz bu insanların geri qayıtması üçün öz ölkələrinin hökumətləri ilə danışıqlar aparırıq”.