19 Oktyabr 2017 23:32
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Viza böhranının həlli üçün Türkiyə qarşısında 4 şərt qoyan ABŞ-a qarşı prezident Rəcəb Tayyib Ərdoğan 1 şərt irəli sürüb.

Teleqraf.com xəbər verir ki, "TRT World Forum"da çıxış edən Ərdoğan ABŞ-ın Türkiyə siyasətini sərt tənqid edib.

"Bizi əmr qulu kimi görüb "içəridə biri var. Onu bizə verin" deyirlər. Onu alacaqsan. Sən öncə özündəkini bizə ver. Sendeki bağçada gəzir. Bağçadakın ver. Çox açıq danışıram. 1999-cu ildə Amerikaya gedən FETÖ deyilən adam Pensilvaniyada böyük sahəsi olan villada yaşayır. Bu adam oradan 170 ölkəni idarə edir. Təbii ki, bu adam simvolikdir, idarə edənlər başqalarıdır. Birini qabağa qoyarsan, suflyorlar arxadan idarə edərlər. Onun özünün idarəçilik qabiliyyəti və gücü yoxdur".

Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı viza qadağasını aradan qaldırmaq üçün 4 şərt irəli sürmüşdü. Bunlar aşağıdakılardır.

1. Metin Topuz və Mete C. ilə bağlı dəlillər verilməlidir.
2. Konsulluq əməkdaşlarına dair araşdırma haqda ABŞ-a məlumat verilməlidir.
3. Təmasların ABŞ-ın istəyinə uyğun olub-olmadığı dəqiqləşdirilməlidir.
4. Konsulluq əməkdaşları ABŞ-ın istəyi ilə təmaslar qurubsa, həbs olunmamalıdır.


Müəllif: Teleqraf.com