12 Noyabr 2017 14:36
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Bundestaqa seçkilərdən uzun müddət keçməsinə baxmayaraq yeni hökumət qurmaq müşkülə çevrilib.

Teleqraf.com xəbər verir ki, seçkilərdən sonra CDU, CSU, FDP və Yaşıllar Partiyasının koalisiya hökuməti quracaqları haqda proqnozlar hələlik özünü doğrultmur.

Bu partiyaların liderləri bir neçə dəfə bir araya gəlsələr də, hələlik son qərarlarını verə bilməyiblər. Üç həftədir keçirilən görüşlər nəticəsiz qalıb.

Ən son xəbərlərə görə, 4 partiya arasında hökumət qurmaqla bağlı son qərar noyabrın 16-da veriləcək.
Hələlik partiya liderləri koalisiya hökuməti quracaqları haqda pozitiv açıqlamalar verirlər.

Yaşıllar Partiyası koalisiya hökumətinə daxil olacağı təqdirdə xarici işlər naziri postunun ona verilməsində israr edir. Yaşıllar eyni zamanda müdafiə naziri postuna da iddia edirlər. Ümumiyyətlə, Yaşıllar Partiyası 4 nazirliyin onlara veriləcəyi təqdirdə koalisiya hökumətinə daxil olacaqlarını bildirirlər.

Qeyd edək ki, Bundestaqa seçkilər sentyabr 24-də keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər