Sakit okeanda, Fransanın dənizkənarı ərazisi Yeni Kaledoniyada 6,6 bal gücündə ikinci zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 15:09-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 67 kilometr şərqdə, zəlzələ ocağı isə 20,7 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, bu, ikinci zəlzələdir. Bundan əvvəl 6,7 bal gücündə daha bir güclü zəlzələ baş verib.