Qırğızıstanda prezidentlik postunu tərk edən Almazbəy Atambayev son mətbuat konfransını keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, konfransın sonunda hər kəsdən üzr istəyib:
“Ötən 6 il çox ağır oldu. Əsəblər də daşdan deyil. Kimi incitmişəmsə, üzr istəyirəm”.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də baş tutub. Seçkilərin nəticəsinə görə, sabiq baş nazir Sooronbay Jeenbekov qalib gəlib. Yeni prezidentin inauqurasiya mərasimi noyabrın 24-də keçiriləcək.