Özbəkistan Prezidenti Şövkət Mirziyayevin kürəkəni Oybək Dursunov Prezident Adminstarsiyası rəhbərinin müavini təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb.
Oybək Dursunov Şövkət Mirziyayevin böyük qızı Səidənin həyat yoldaşıdır. O, əvvəllər Özbəkistan Dəmiryolu İdarəsinin Rusiyadakı nümayəndəliyində çalışıb.
Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov özünün İnstaqram səhifəsində Oybək Dursunovla şəklini paylaşıb. Çeçen rəhbəri Dursunovla çoxdan yaxın dost olduğunu yazıb, ona "qardaş" deyə müraciət edib: "Mən başa düşdüm ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev məsləkdaşlarından və həmfikir olduğu adamlardan özünə əla komanda düzəldib, onların arasında Oybək Dursunov kimi gənclər də var. Əziz qardaşım, mənim qapım sənin üzünə həmişə açıqdır!"