Rusiya ABŞ-ın Asiyaya raket əleyhinə müdafiə sistemləri yerləşdirməsindən narahatdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yaponiyalı həmkarı Taro Kono ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib:
“Bu sistemlər Şimali Koreya təhlükəsindən qorunmaq adı altında Yaponiya və Cənubi Koreyaya yerləşdirilir. Avropada isə İran təhlükəsindən qorunmaq üçün bu sistemlərdən istifadə edilib. Biz bundan çox narahatıq. Siz əgər fikir versəniz, bu raketlərin Rusiya və Çini əhatə etdiyini görərsiz”.
Qeyd edək ki, 2016-cı ilin iyulunda 5 aylıq danışıqlardan sonra ABŞ Cənubi Koreyaya raket əleyhinə müdafiə sistemlərini yerləşdirməklə bağlı razılıq əldə edə bilib.