Ukrayna polisi Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında 3 ekstrim turistini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna polisinin mətbuat xidməti məlumat yayıb.
Dneprdən olan 18-23 yaşlarındakı həmin 3 nəfərin buraxılış məntəqəsindən deyil, başqa ərazidən AES-in olduğu əraziyə qanunsuz daxil olduqları bildirilir.
Həmin şəxslər barəsində protokol tərtib edilib, onlar cərimə ödəməli olacaqlar.