Fransanın Korsika adasında keçirilən yerli seçkilərin ikinci turunda da müstəqillik tərəfdarları qalib gəlib.
Teleqraf.com xəbər verir ki, “Korsika naminə” koalisiyası 63 nəfərlik məclisdə kreslolardan 42-ni əldə edib.
Xəbərdə qeyd olunur ki, Korsika Məclisinin yeni heyəti 2018-ci ildən fəaliyyətə başlayacaq.
Onu da qeyd edək ki, “Korsika naminə” koalisiyasını Jan Talamoni və müstəqillik tərəfdarı olan Gilles Simeoni qurub. Bu koalisiya səslərin 56,9 faizini əldə edib.
İkinci yerdə regional əməkdaşlıq siyasətinə üstünlük verən sağçı Jan Martin Mondoloni gəlir. O, səslərin 16,5 faizini toplayıb.
Fransa Prezidenti Makronun dəstəyini alan Jan Karlos Orsucci və LR təşkilatı səslərin 13,3 faizini toplayıb.
Müşahidəçiləri hesab edirlər ki, Korsika seçkilərinin ikinci tuturunda belə mənzərənin yaranması heç də müsbət hadisə deyil. Çünki seçkiləri millətçilər udub və onlar müstəqillik tələblərini daha gur səsləndirmək niyyətindədirlər.