Rusiyada prezidentliyə namizədliyini irəli sürən teleaparıcı Kseniya Sobçak da Vladimir Putinin bu gün keçiriləcək ənənəvi illik mətbuat konfransında iştirak edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O, Sobçakın mətbuat konfransı zamanı Putinin rəqibi kimi deyil, jurnalist kimi suallar verəcəyini güman etdiyini deyib.
Qeyd edək ki, konfrans Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.