25 Dekabr 2017 01:53
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Mİllət Məclisinin sədri İsmayıl Qəhrəman Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdə Rusiya və Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsini təklif edib.

Teleqraf.com rus KİV-nə istinadla xəbər verir ki, İsmayıl Qəhrəman Pakistanda keçirilən terrorizmlə mübarizə məsələləri və qarşılıqlı əməkdaşlığa həsr edilmiş birinci regional beynəlxalq konfrans çərçivəsində Volodinlə keçirilən görüşdə viza rejiminin sadələşdirilməsi ilə bağlı təkliflə çıxış edib.

Onun sözlərinə görə, bu il turizm sahəsində sıçrayış əldə olunub, Rusiyadan Türkiyəyə gələn turist sayı 4 milyonu ötüb.
İsmayıl Qəhrəman 2019-cu ilin ikitərəfli münasibətlərdə mədəniyyət və turizm ili elan olunduğunu qeyd edib, Rusiya ilə Türkiyə arasında əlaqələrin daha da möhkəmlənəcəyinə diqqət çəkib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər