1 Yanvar 2018 23:54
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrandakı aksiyalar bu ölkənin daxili işidir. Ölkədəki durumu məcarsından çıxara biləcək xarici müdaxilələr qəbul edilə bilməz".

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İrandakı aksiyalara münasibət olaraq yaydığı yazılı açıqlamasında qeyd olunur.

Rusiya XİN aksiyaların qanlı olaylara səbəb olmayacağına ümid edir.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində heç bir siyasi partiyanın çağırışı olmadan insanlar ölkədəki sosial duruma etiraz olaraq küçələrə çıxıblar. Qısa müddət ərzində etirazlar bir neçə şəhərə yayılıb.

Aksiyaların dağıdılması zamanı azı 12 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər