"Moskva sanksiyalara uyğunlaşıb".
Teleqraf.com "RİA Novosti"-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini şərh edərkən deyib.
"Avropa İttifaqı özünü məhv edən yolla gedir, Rusiya iqtisadiyyatı sanksiyalara uyğunlaşıb", - diplomat bildirib.
Qruşko əlavə edib ki, sanksiyaların tətbiqi ilə heç bir geosiyasi məqsədlərə nail olmaq olmaz. Rusiya tərəfi bu cür münasibətlərdə maraqlı olan iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirəcək.
Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, əgər Avropa İttifaqı Rusiya ilə qarşılıqlı fəaliyyətdən imtina etmək istəyirsə, bu, Aİ-nin seçimidir.