13 Yanvar 2018 16:25
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində şaxtalı havada məktəbə gedən 8 yaşlı uşağın saçları və qaşları donub. Bu görüntünün sosial mediada yayılmasından sonra vətəndaşlar hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, 8 yaşlı Vanq Fuman məktəbə çatmaq üçün 1 saat ərzində, 9 dərəcə şaxtalı havada yol gedib. Şagird məktəbə çatanda artıq saçaları və qaşları donmuş olub.

Uşağın bu foto və videosu sosial şəbəkələrdə yayıldıqdan sonra yardımsevərlər hərəkətə keçib. Məktəbdə istilik sistemi olmayan Fuman və sinif yoldaşları üçün başladılan yardım kampaniyası nəticəsində 340 min dollar toplanıb.


Müəllif: Cavad