16 Yanvar 2018 13:06
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Myasnikyan prospektində “Kia Sorento” markalı avtomobil Qetar çayına düşüb.

Hadisə zamanı sürücü həlak olub, sərnişin isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Ölən şəxsin Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu Robert olduğu bildirilir.


Müəllif: Samir