İngiltərənin British Petroleum (BP) şirkəti 2010-cu ildə Meksika körfəzində neft sızıntısı ilə əlaqədar daha 1,7 milyard dollar ödəniş edəcəyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, BP-nin Maliyyə İşləri Müdiri Brian Gilvar qeyd edib ki, neftin qiyməti 50 dollar olarsa, ödəniş maliyyə hesabı çərçivəsində həyata keçiriləcək.
Beləliklə, 2010-cu ildə Meksika körfəzindəki neft sızıntısının BP-yə zərəri 65 milyard dollara yüksəlib.
Xatırladaq ki, 2010-cu ildə körfəzdə “Dipvatə Horizon” neft platformasında baş verən partlayış nəticəsində 11 işçi həlak olmuşdu.