Rusiya maye qazla dolu növbəti tankeri ABŞ-a göndərməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya KİV-i məlumat yayıb.
Tanker yaxın günlərdə ABŞ-ın şimal-qərb bölgəsinə göndəriləcək. İlkin məlumatlara görə, tanker fevralın 15-də ABŞ-a çatacaq.
Qeyd edək ki, Rusiya qazı ilə dolu birinci tanker bu gün ABŞ-a çatıb.