İranın Loristan əyalətinin Xürrəmabad şəhərində totalitar molla rejiminə qarşı etirazlar keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Xürrəmabadda minlərlə qəzəbli insan küçələrə axışaraq “Xameneyiyə ölüm”, “Dikatatora ölüm” və “Xamneyi, abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” şüarları səsləndirib, hakim rejimin ölkə vətəndaşlarına qarşı zülmünə etiraz bildirib.
Gecə saatlarına qədər sürən dinc etirazlarda onlarla aksiyaçının tutulduğu bildirilir.
Gilan əyalətinin Rəşt şəhərində molla rejiminin repressiyalarından və ölkə qadınlarına qarşı təzyiqindən cana gələn gənc qadın küçədə hakimiyyət əleyhinə şüarlar səsləndirib. Küçədəki insanlara üz tutan qadın: “Niyə sakit dayanıbsız? Bunlar şərəfsizdir, ölkəni xaraba qoyublar, ölkəni məhv ediblər, bizi bədbəxt ediblər, bu murdarlarda şərəf yoxdur”, - deyə qəzəbini ifadə edib.
O, kənarda dayanan bir din xadimini “Murdar şərəfsiz” adlandırıb, onun üstünə hücum edib. Eirazçı qadın qocanın başından əmmaməsini götürərək yerə atıb. Hücuma məruz qalan din xadimi narazı qadının bu hərəkətinə hər hansı reaksiya verməyib.
Xatırladaq ki, bir ay əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilib. Etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib.