3 Fevral 2018 08:16
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ali Məhkəməsi sürücülərin telefondan istifadəsinə dair qaydaları müəyyən edən qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarına əsasən sürücülərin telefonla danışması üçün maşını yol kənarında saxlamaları kifayət deyil.

"Avtomobil yalnız qanunla müəyyən edilmiş dayanacaqda saxlanıldığı halda sürücülər telefonla danışa bilərlər", deyə məhkəmənin qərarında qeyd olunub.

Fransa qanunlarına görə, sürücülər avtomobil hərəkətdə olan zaman telefonla danışa bilməzlər. Buna görə də sürücülər avtomobillərini yol kənarında saxlayaraq telefonla danışa bilirdilər. Ali Məhkəmə isə hesab edir ki, sürücülər qanundakı boşluqdan istifadə edərək qəza vəziyyəti yaradırlar.

Fransa qanunlarına görə, sükan arxasında telefonla danışanlar 135 avro cərimə olunurlar.


Müəllif: Ayxan

Oxşar xəbərlər