12 Fevral 2018 16:30
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hakim rejimin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 5 qadın küçədə baş örtüklərini açıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yəzd şəhərində gənc xanım küçədə məcburi hicaba etiraz bildirən bir plakat qaldıraraq baş örtüyünü açıb. O, plakat üzərində yazdığı şüarda qadınları məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb.

İsfahan şəhərinin “Nəqşi-cahan” meydanında daha 4 qadın “məcburi hicaba yox” kampaniyasına qatılıblar. Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib.


Müəllif: Samir

Oxşar xəbərlər