PKK terrorçuları Afrindəki “Zeytun budağı” hərəkatına cavab olaraq, Türkiyədə dinc sakinlərin yaşadığı bölgələrə raketlər atır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Hatay, Reyhanlı və Kilisə edilən belə hücumlar zamanı 7 dinc sakin həlak olub, 113-ü yaralanıb.
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları ilk dəfə olaraq, bu hücumu təşkil edən terrorçuları qeydə ala bilib.
Görüntülərdə terrorçuların mülki geyimdə olması və zirehli avtomobildən atəş açması əks olunub.
Həmin görüntüləri təqdim edirik: