İsrailin Ədliyyə naziri Ayelet Şaked parlamentdəki çıxışı zamanı “insan hüquqlarının pozulmasına bahasına olsa da, İsrailin yəhudi demokratiyasını davam etdirməsi”nin lazım olduğunu söyləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nazir parlamentə yeni qanun layihəsi təqdim edib.
“Yəhudi milləti-dövləti” adlı qanun layihəsi digər xalqların hüquqlarının pozulması bahasına olsa da, yəhudilərin İsraildəki üstünlüyünü artırmağı təklif edir.
Bu qanuna əsasən, İsrailin işğalı altında yaşayn 1,7 milyon fələstinlinin dili olan ərəbcə rəsmi dil kimi qəbul edilmir.