ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tək rus şirkətlərinə deyil, eyni zamanda bu ölkə ilə hərbi sahədə əməkdaşlıq edən ölkələrə də aid edilir. Bu səbəbdən Ermənistanın sanksiyalar altına düşməsi qaçılmazdır.
Teleqraf.com xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti Ermənistanın ABŞ-dakı səfirliyinə istinadla yayıb.
Bildirilir ki, 2017-ci ilin dekabrında Ermənistan Prezidenti Serj Sərkisyan tərəfindən Rusiyadan 100 milyon dollarlıq silah alqısını təsdiq edən müqavilə ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Bu məlumatı Ermənistanın Maliyyə naziri Vardan Aramyan da təsdiqləyib. Onun sözlərinə görə, belə bir risk mövcuddur.
Aramyan bu cür vəziyyətin yaranacağı təqdirində amerikalı həmkarları ilə danışıqlara başlayacağını deyib.