Konyada polislərin saxladığı dilənçinin üzərindən 6 min 210 türk lirəsi çıxıb.
Teleqraf.com xəbər verir ki, “Böyükşəhər” bələdiyyəsinin dilənçilərə qarşı apardığı əməliyyat zamanı saxlanılan dilənçilərdən birinin cibindən 6 min 210 türk lirəsi çıxıb. Bu, hər kəsin təəccübünə səbəb olub. Saxlanılan dilənçilərindən tapılan pullar polis tərəfindən götürülüb.