25 Fevral 2018 19:39
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vücuda döymə etdirmək gənclər arasında olduqca geniş dəb halını alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bəziləri kiçik fiqurlarla kifayətləndiyi halda bəziləri isə az qala bütün vücudunu döymə ilə bəzəyir. Lakin döymələrin vücuda nə kimi təsiri olduğunu bilirikmi?

Döymələrin iki növü mövcuddur: müvəqqəti və daimi döymələr. Bunlardan ən təhlükəlisi daimi döymələr olsa da, müvəqqəti döymələr də insan orqanizminə mənfi təsir edir. Çünki dəridən sorulan döymə boyasının allergiya və zəhərlənmələrə səbəb olduğu bildirilir.

Müasir dövrdə döymələri xüsüsi maşın vastəsi ilə döyürlər ki, bu maşının iynəsi dəqiqədə 3000 dəfə dəriyə batıb çıxaraq döymə boyasını dərinin altına yeridir ki, bu da bəzi sağlamlıq problemlərini meydana gətirir.

Döymənin yol açdığı ən təhlükəli xəstəliklər hepatit B və C, bununla yanaşı, QİÇS xəstəlikləridir. Hepatit C və B viruslarının iynə üzərində iki aydan çox yaşama qabiliyyəti olduğundan bu xəstəliyin iynə vasitəsi ilə insandan insana keçmə ehtimalı çox yüksəkdir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər