BMT Təhlükəsizlik Şurasında İngiltərənin hazırladığı və ABŞ-ın dəstək verdiyi ilk layihədə Yəməndə husilərə raket və silah satışı qadağasını pozmaqda ittiham olunan İranın qınanması tələb edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, layihəyə Rusiya veto qoyub.
Çin və Qazaxıstan isə səsvermə hüququndan istifadə etməyib.
Rusiyanın vetosu layihənin qəbul edilməməsinə səbəb olub.