8 Mart 2018 13:25
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mövqelərinə hücum zamanı öldürülən fələstinlilərin meyitləri müsadirə ediləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qanun layihəsi İsrail parlamentində 2-ci və 3-cü oxunuşlarda səsverməyə çıxarılıb və böyük səs çoxluğu ilə qəbul edilib.

Layihəyə əsasən, meyit dəfn mərasiminin "təxribat və terrorun dəstəklənməsi" prosesinə çevrilməyəcəyinə əmin olduqdan sonra ailələrə veriləcək.

Qeyd edək ki, hazırda İsrail polisinin 253 fələstinin nəşini geri qaytarmadığı açıqlanıb.


Müəllif: Samir

Oxşar xəbərlər