Bu gün Baykonur Kosmodromunda Rusiya Dövlət Kosmos Korporosiyasının ("Roskosmos") rəhbəri İqor Komarov və Bəhreyn Hərbi hava qüvvələri generalı Məhəmməd bin-Salman Xalif arasında görüş keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdə birgə kosmik layihələri müzakirə olunub.
İqor Komarovla bin-Salman Beynəlxalq Kosmik Stansiyada bəhreynli kosmonavtların uçuşa hazırlanmasını da nəzərdən keçiriblər.
Bu barədə stansiyanın mətbuat xidməti məlumat yayıb.