ABŞ-da silah satışına nəzarətin gücləndirilməsinə etiraz olaraq başda ölkənin ən böyük şəhərinin meri, demokrat Bil De Blazio olmaqla təxminən 150 min insan Nyu York küçələrinə axışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, De Blazio özünün Tvitter hesabında 150 min insanın “Həyatımız üçün marş” şüarı ilə Nyu Yorkda aksiya keçirdiyini yazıb.
Nyu Yorkla yanaşı Boston, Çikaqo, Hyuston, Parklend şəhərlərində də Florida ştatında fevralın 14-də baş verən hadisə zamanı zərərçəkmiş məktəblilərin çağırışından sonra aksiyalar genişlənib.
Qeyd edək ki, Florida ştatın Parklend şəhərindəki məktəblərdən birində atışma zamanı 17 nəfər həlak olub, bir neçə şəxs yaralanıb.