Fransanın "Le Figaro" qəzeti Türkiyənin "Zeytun budağı" əməliyyatı və Afrini ələ keçirməsindən bəhs edən 2 məqalə yayıb.
Teleqraf.com xəbər verir ki, məqalənin biri "Suriya Kürdüstanı üçün sonun başlanğıcı olan məğlubiyyət: Afrin", ikincisi isə "Qərbin tərk etdiyi kürdlər" başlıqları ilə dərc olunub.
Birinci yazıda deyilir: "YPG üçün məngənə daralır. Türkiyə ordusunun Afrini ələ keçirməsi kürd dövləti röyası üçün sonun başlanğıcı mənasına gəlir. Kürdlərin muxtar bölgə qurmalarını şərtləndirən amillər yox olmaq üzrədir".
İkinci yazı isə Türkiyənin Münbic planlarına həsr olunub: "Münbicdə 200 amerikalı hərbçi var. Münbic Afrin deyil... Burda əhalinin 75 faizi ərəbdir. İdarəçilikdə ərəblərlə kürdlər arasında problem var. Kürdlərin başqa variantı qalmayıb, 2 min amerikalı hərbçiyə tabe olmalıdırlar.
ABŞ münasibətləri korlamamaq üçün Türkiyə ilə razılığa gəlsə, kürdlər Münbicdən də qovulacaqlar. Bu vəziyyətdə onlar yalnız Şama sığına bilərlər".