"Üç mənəvi qardaşın ağ zirvəsi" insanlara sirr olaraq qalır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yerli sakinlər Kankar-Pansum dağı ətrafında gümüşü disk formalı obyektlərin uçduğunu gördüklərini bildirib.
Bu dağ, yerli dialektdən "üç mənəvi qardaşın ağ zirvəsi" kimi tərcümə olunur. Buna əsaslanaraq ufologlar dağın dərinliklərində üç yadplanetli irqin olduğunu düşünür. O yadplanetlilərin də "müqəddəs" zirvəyə insanları buxarmadığı bildirilir.
Butan hökuməti Kankar-Punsum dağının araşdırmasına heç bir maraq göstərmir, əksinə, hər hansı formada maneə törədir.
Bu zirvə fəth olunmamış qalır və buna yerli əhalinin, yaxud yadplanetlilərin səbəb olduğu dəqiq bilinmir.
Qeyd edək ki, alpinistlər üçün əlçaltmaz olan Kankar-Punsum zirvəsi Butan şahlıq dövrünün ən hündür dağıdır. Onun hündürlüyü okean səviyyəsindən 1750 metrdir və bu, yüzilliklərin ən yüksək zirvəsi sayılır.
Bu dağa çıxan ilk apinistlər zirvəni tapa bilməyib. Elə ona görə də buraya bəzən "üzən dağ" da deyilir.
Bu dağ ilk dəfə 1922 ci ildə xəritədə göstərilib. Lakin yeri dəqiq göstərilmədiyinə görə, Butan və Çin arasında bu dağın kimə aid olduğu haqda mübahisə gedir.
Buddist krallığı Butan 1983-cü ildə alpinistlərin bu dağa qalxmasına izn verib. 1985-86-cı illərdə isə bir çox alpinistlər Kankar-Punsumu fəth etməyə çalışsalar da, cəhdləri uğursuz olub.
Dağ sanki hava ilə mistik anomaliyalar təşkil etməklə insanlara zirvəni fəth etməsiə icazə vermir.
Butan hökuməti 1994-cü ildə 6000 metrdən artıq yüksəkliyə çıxmağı qadağan edib və 2004-cü ildən bəri ümumi olaraq krallıqda bu, "yerli inanc və ənənələrə" zidd sayılır.
Ufologlar bildirir ki, bu qadağalar Butan hakimiyyətinin yadplanetlilərin Kankar-Punsum dağı ilə əlaqəli olduqlarını sübut edir.