17 Aprel 2018 18:55
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğın olub.

Teleqraf.com xəbər verir ki, "Vernisaj" ticarət mərkəzindəki yanğınla əlaqədar 800 nəfər təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı qısa müddətdə alınıb. Yanğına elektrik naqilindəki qısa qapanmanın səbəb olduğu bildirilir.

"Vernisaj" Yaroslavlın ən böyük ticarət mərkəzlərindən biridir.


Müəllif: Teleqraf.com