29 Aprel 2018 10:38
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya Prezidenti ilə ötən həftənin cümə günü keçirilən görüş zamanı Pxenyanın Yaponiya ilə dialoqa istənilən vaxt hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn Yaponiyanın Baş naziri Sindzo Abe ilə telefon danışığı zamanı bildirib.

“Prezident Mun Çje İn Baş nazir Abeyə bildirib ki, Kim Çen İn Yaponiya ilə dialoq aparmağa istənilən vaxt hazırdır”, deyə Cənubi Koreya Prezidentinin administrasiyasının yaydığı press-relizdə bildirilir.

Cənubi Koreya lideri, həmçinin, Şimali Koreya ilə Yaponiya arasında münasibətlərin qurulması üçün körpü rolu oynamağa hazır olduğunu vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər